Musəvidən İrəvana SƏRT MESAJ – İran-Ermənistan münasibətləri KORLANIR?

Hazırda oxunan: Musəvidən İrəvana SƏRT MESAJ – İran-Ermənistan münasibətləri KORLANIR?

161132

İranın Azərbaycandakı səfiri Abbas Musəvi “X” sosial şəbəkəsində İrəvana mesaj verib.
“Regiondankənar qüvvələrin Qafqazda olması və müdaxiləsi qadağandır”, - deyə Musəvi bildirib.

Məlumat üçün qeyd edək ki, Ermənistan müdafiə naziri Fransadadır. Onun Fransa müdafiə naziri ilə hərbi əməkdaşlığın genişləndirilməsi və silah satışı ilə bağlı saziş imzalayacağı gözlənilir. Həmçinin Ermənistan ötən ay ABŞ ilə birgə 9 günlük hərbi təlimlər keçirib.

Politoloq Qabil Hüseynli İran-Ermənistan münasibətlərinin mövcud vəziyyətini Bizim.Media-ya şərh edib. 
 

MÖVZU İLƏ BAĞLI:

Ermənistanı gözləyən SURİYA AQİBƏTİ – Makronun göndərdiyi silahlar Paşinyanın ÖZÜNÜ VURACAQ


Q.Hüseynlinin fikrincə, İranın bir çox fikirləri ardıcıl deyil və Tehran ikili siyasət yürüdür: 

“İran dünən dediyi fikirləri bu gün təkzib edib. Bu ölkə bəzi məsələlərdə açıq-aşkar subyektiv fikir yürüdür. Həm “3+3” formatında, həm də bölgədəki proseslərə münasibətdə İrana etibar etmək olmaz”. 

Politoloqun fikrincə, İran Qərbin bu bölgəyə gəlməsini qəti şəkildə istəmir: 

“Sözügedən ölkə bu yaxınlarda Qərbin bölgəyə müdaxiləsini “qırmızı xətt” elan etdi. Artıq İran Ermənistana “qırmızı xətt”ləri göstərməyə başlayıb. 

İran-Ermənistan münasibətləri soyuq mərhələyə tam daxil olmayıb. İranda belə yanlış təəssürat var ki, onlar Ermənistana təzyiq göstərməklə onu bəzi “şıltaqlıq”larından xilas edə biləcəklər.

Ancaq İran ciddi surətdə yanılır. Ermənistana Qərbdən gələn sifarişlərin həyata keçirilməsi birinci dərəcəli əhəmiyyətə malikdir”.

Məhərrəm Əliyev, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin