TÜRKSOY-un Baş katibi Sultan Raev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
Bizim.Media xəbər verir ki, təbrikdə deyilir:
"Hörmətli cənab Prezident! Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un Baş katibliyi, üzv ölkələrin Mədəniyyət Nazirlərinin Daimi Şurası adından və şəxsən öz adımdan Zati-alinizi və qardaş Azərbaycan xalqını 18 oktyabr - Müstəqilliyin Bərpası Günü münasibətilə ürəkdən təbrik edirəm.
Ulu Öndər Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin qorunub saxlanılması və möhkəmləndirilməsi istiqamətində yorulmaz səyləri bu gün onun layiqli davamçısı olaraq Zati-aliniz tərəfindən uğurla davam etdirilir. Sizin müəyyənləşdirdiyiniz uğurlu inkişaf strategiyası nəticəsində Azərbaycan siyasi, iqtisadi, sosial və mədəni sahələrdə böyük tərəqqi və inkişafa nail olub.
Zati-alinizin rəhbərliyi ilə dövlət müstəqilliyinin bərpasının 32-ci ildönümünün qeydolunduğu bu il Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi tam bərpa edilib. Bu gün Azərbaycanın üçrəngli Dövlət Bayrağı ölkənin bütün şəhər və rayonlarında qürurla dalğalanır.
TÜRKSOY-un yaradılmasının 30-cu ildönümü münasibətilə Bakıda keçirilən təntənəli mərasimə ünvanladığınız təbrik məktubu bizi daha da ruhlandırmış və ortaq türk mirasının qorunması, təbliği ilə bağlı gerçəkləşdirəcəyimiz irimiqyaslı layihələrdə Azərbaycanın gələcəkdə də TÜRKSOY-a geniş dəstək verəcəyinə əminliyimizi artırıb.
Fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı, xoşbəxtlik, qardaş Azərbaycan xalqına sülh, tərəqqi və əmin-amanlıq arzulayıram".
Bizim.Media
- A-
- A
- A+
Siyasət
15:04 / 19.10.2023
TÜRKSOY-un Baş katibi Azərbaycanı TƏBRİK ETDİ
Hazırda oxunan: TÜRKSOY-un Baş katibi Azərbaycanı TƏBRİK ETDİ
Hazırda oxunan: TÜRKSOY-un Baş katibi Azərbaycanı TƏBRİK ETDİ
160588
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.