Prezident: Qarabağda dövlət və özəl sektor arasında faydalı əməkdaşlıq var

Hazırda oxunan: Prezident: Qarabağda dövlət və özəl sektor arasında faydalı əməkdaşlıq var

160557

Qarabağda və Şərqi Zəngəzurda uğurla icra edilən quruculuq-bərpa və reinteqrasiya işləri dövlət və özəl sektor arasında faydalı əməkdaşlıq və inkişaf nümunəsinə çevrilir.

Bizim.Media xəbər verir ki, bu fikirlər Prezident İlham Əliyevin Bakıda keçirilən 3-cü Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” ‒ “Rebuild Karabakh” Sərgisinin iştirakçılarına müraciətində qeyd olunub.

“Sərgi iştirakçılarını – qabaqcıl iş adamlarını işğaldan azad edilmiş doğma torpaqların bərpası və inkişafı üçün dövlətimiz tərəfindən yaradılmış imkanlardan faydalanmağa, habelə biznes ideyalarını vahid məqsəd ətrafında birləşdirməyə dəvət edirəm.
Əminəm ki, “Rebuild Karabakh” Sərgisi Qarabağda və Şərqi Zəngəzurda faydalı təşəbbüslərin uğurla gerçəkləşməsi və yeni işgüzar əlaqələr qurulması baxımından əlverişli platforma olacaqdır”, - deyə müraciətdə bildirilib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin