Ceyhun Bayramov Hakan Fidanla Azərbaycan-Ermənistan sülh gündəliyini MÜZAKİRƏ EDİB

Hazırda oxunan: Ceyhun Bayramov Hakan Fidanla Azərbaycan-Ermənistan sülh gündəliyini MÜZAKİRƏ EDİB

160467

Xarici işlər naziri Ceyhun Bayramov İsrail-Fələstin münaqişə zonasında baş verən son hadisələr ilə bağlı İslam Əməkdaşlıq Təşkilatının İcraiyyə Komitəsinin nazirlər səviyyəsində Səudiyyə Ərəbistanı Krallığının Ciddə şəhərində keçirilən növbədənkənar iclasında iştirakı çərçivəsində Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidan ilə görüşüb. 

Bu barədə Bizim.Media-ya Xarici İşlər Nazirliyindən bildirilib. 

Bildirilib ki, görüş zamanı ikitərəfli strateji müttəfiqlik münasibətlərinin gündəliyi, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri, regionda baş verən son proseslər, eləcə də Azərbaycan-Ermənistan arasında sülh gündəliyinin perspektivləri müzakirə olunub. 

İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının Şuşada keçirilmiş 27-ci iclasında müzakirə edilən məsələlər və iki ölkənin ilin sonunadək çoxtərəfli formatda keçirələcək tədbirlərdə iştirakı ilə bağlı fikir mübadiləsi aparılıb. 
Nazirlər, həmçinin geniş regionda baş verən prosesləri müzakirə ediblər. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin