“İkinci Qarabağ müharibəsi dövründə Fransa açıq-aydın Ermənistanın tərəfini tuturdu, elə bilirdi ki, Afrikada bacardıqlarını Cənubi Qafqazda da bacaracaq".
Bizim.Media xəbər verir ki, bunu Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov Ankarada keçirilən “Qarabağ zəfərindən sonra Azərbaycan” mövzusunda keçirilən paneldə çıxışı zamanı deyib.
“2015-2016-cı illərdə bilirdik ki, Azərbaycan öz torpaqlarını işğaldan azad etmək iqtidarındadır. O vaxtdan etibarən rəsmi Bakı məsələnin dinc yolla həlli üçün çağırışlar edirdi. Amma Ermənistan buna razı olmadı. 2016-cı ildə Aprel döyüşləri göstərdi ki, Ermənistanla müharibə bizim üçün çətin deyil. Təəssüf ki, rəsmi İrəvan həmin 4 günlük döyüşlərdən də nəticə çıxarmadı”, - səfir qeyd edib.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
16:06 / 18.10.2023
Fransa son Qarabağ müharibəsində Ermənistanın tərəfini tuturdu - Rəşad Məmmədov
Hazırda oxunan: Fransa son Qarabağ müharibəsində Ermənistanın tərəfini tuturdu - Rəşad Məmmədov
Hazırda oxunan: Fransa son Qarabağ müharibəsində Ermənistanın tərəfini tuturdu - Rəşad Məmmədov
160444
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.