“30 il ərzində beynəlxalq ictimaiyyəti Azərbaycan həqiqətləri ilə tanış olmağa çağırdıq, amma kimsə bizi eşitmədi”.
Bizim.Media xəbər verir ki, bunu Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov oktyabrın 18-də Ankarada “Qarabağ zəfərindən sonra Azərbaycan” mövzusunda keçirilən paneldə çıxışı zamanı deyib.
O bildirib ki, Qarabağ probleminin həllinə görə məsuliyyət daşıyan ATƏT-in keçmiş Minsk qrupu ötən illər ərzində Azərbaycanın çağırışlarına reaksiya vermədi:
“Bəzi dövlətlər istisna olmaqla, kimsə “etnik təmizləmə”, “işğal” sözünü dilinə gətirmədi. Bu, ikili standartların təzahürü idi. Artıq biz anladıq ki, bizim dostumuz kimdir”.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
16:00 / 18.10.2023
30 il ərzində kimsə Azərbaycanın səsini eşitmədi - SƏFİR
Hazırda oxunan: 30 il ərzində kimsə Azərbaycanın səsini eşitmədi - SƏFİR
Hazırda oxunan: 30 il ərzində kimsə Azərbaycanın səsini eşitmədi - SƏFİR
160441
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.