Qarabağda müvəqqəti yerləşdirilən rus sülhməramlılara məxsus hərbi kolon bu gün Qarabağı tərk edib.
Bizim.Media xəbər verir ki, bu barədə görüntülər "Şedevr" Telegram kanalında yayılıb.
Videonun Azərbaycanın hansı rayonunda çəkildiyi deyilmir.
Ancaq hələlik mövzu ilə bağlı rəsmi açıqlama verilməyib.
Qeyd edək ki, son günlər Rusiya sülhməramlılarının Qarabağdakı müşahidə məntəqələrinin xeyli hissəsi bağlanıb.
Dünən isə əsas məntəqələrdən biri - Laçın yolunun Şuşadan Xankəndinə gedən hissəsindəki post sökülüb.
Bizim.Media