XİN: Ermənistan hərbi təcavüz və ərazi iddiaları səbəbindən regional layihələrdən təcrid olunub

Hazırda oxunan: XİN: Ermənistan hərbi təcavüz və ərazi iddiaları səbəbindən regional layihələrdən təcrid olunub

160312

Ermənistanın Azərbaycan və Türkiyəni blokadada ittiham etməsinin reallıqla heç bir əlaqəsi yoxdur. 

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Ermənistan baş naziri Nikol Paşinyanın Avropa Parlamentində çıxışı zamanı səsləndirdiyi iddialara dair şərhində bildirilib. 

Bildirilib ki, Ermənistanın hərbi təcavüz və ərazi iddiaları səbəbindən regional layihələrdən təcrid olunması hər kəsə yaxşı məlumdur:

"Üstəlik, görünür ki, Ermənistan Azərbaycanın öz ərazilərini azad etməsindən sonra da buna son qoymaq niyyətində deyil. Ermənistan tərəfi vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətini təşkil etmək, eyni zamanda bu istiqamətdə təhlükəsizliyi təmin etmək öhdəliyinin mövcud olduğunu yaxşı bilir.

Ermənistanın, həmçinin Azərbaycanın qərb bölgələrini Naxçıvan Muxtar Respublikası ilə birləşdirən yeni nəqliyyat kommunikasiyalarının tikintisini təmin etməklə bağlı öhdəliyi mövcuddur.
Təəssüf ki, bu ölkə belə bir fürsəti növbəti dəfə əldən verir. İran İslam Respublikasının ərazisi üzərindən Azərbaycanı Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək avtomobil və dəmir yollarının tikintisi haqqında Sazişin imzalanması bir daha Ermənistandan fərqli olaraq, Azərbaycanın alternativ marşrutlardan istifadə etməklə regionda nəqliyyat dəhlizlərinin inkişafına daim müsbət töhfə verdiyini göstərir". 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin