Bildiyimiz kimi, keçən il Respublikaçı Altrenativ Partiyası Milli Məclisə QHT-lərlə bağlı qanun layihəsi təqdim edib. Qanun layihəsində Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafına yönəlik bir sıra məqamlar yer alıb.
Layihənin parlamentə təqdim olunmasından bir ildən çox vaxt keçib. Amma hələ də szöügedən dəyişikliklər Milli Məclisdə müzakirəyə çıxarılmayıb.
Layihə qeydiyyatdan keçib, amma...
Bizim.Media-ya açıqlamasında ReAL-ın icra katibi Natiq Cəfərli bildirir ki, təqdim etdikləri qanun layihəsi parlamentin katibliyində qeydə alınsa da hələlik qanunverici orqanın müzakirəsinə çıxarılmayıb:
MÖVZU İLƏ BAĞLI:
REAL parlamentdə boş qalan yerlərə iddiasını ortaya qoydu - İlqar Məmmədovdan AÇIQLAMA
“ReAL keçən il QHT-lərin fəaliyyətinin yaxşılaşdırılması ilə bağlı 4 qanuna dəyişikliklər təklif edib. Bu təkliflərimiz Milli Məclis katibliyində qeydiyyatdan keçib. Amma təəssüf ki, hələ müzakirəyə çıxarılmayıb.
Təklif etdiyimiz qanun layihələrinin əsas mahiyyəti ölkədə vətəndaş cəmiyyətinin inkişafı, vətəndaş cəmiyyətinin ölkə problemlərinin həllinə töhfəsinin artırılması, ölkədəki ümumi proseslərə daha dərindən və düzgün inteqrasiya olunması və başqa təkliflərdən ibarət idi.
Əsas məsələ ölkənin bu sahədə qanunvericilikdə olan boşluqları aradan qaldırmaq və vətəndaş cəmiyyətinin fəaliyyətini yaxşılaşdırmaqdan ibarət addımlar idi. Amma təklifimiz parlamentin katibliyində qeydiyyatdan keçirilsə də, hələlik müzakirə çıxarılmayıb. Payız sessiyasının gündəliyində də ona rast gəlməmişik. Ümid edirik ki, payız sessiyasının gedişində məsələ yenidən müzakirəyə çıxarılacaq və müəyyən dəyişikliklər olacaq”.
Rüfət Sultan, Bizim.Media