“Ermənistan ilin sonuna qədər Azərbaycanla sülh müqaviləsi imzalamağa hazırdır”.
Bizim.Media “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Avropa Parlamentində çıxışı zamanı deyib.
O qeyd edib ki, İrəvan regional kommunikasiyaları blokdan çıxarmağa və Azərbaycan yüklərinin və sərnişinlərinin Ermənistan ərazisindən təhlükəsiz keçməsini təmin etməyə hazırdır.
Bizim.Media