“Bizim bütün şəhərlərimiz, bax, Füzuli kimi olacaq. Çünki Füzulidə biz birinci şəhərsalma layihəsini icra edirik”.
Bizim.Media xəbər verir ki, bu barədə Prezident İlham Əliyev oktyabrın 17-də “Füzuli Şəhəri Günü”ndə Füzuli şəhərinə köçmüş sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə bildirib.
MÖVZU İLƏ BAĞLI:
İlham Əliyev Füzuli şəhərinə köçən sakinlərlə görüşdü - FOTO
Düzdür, laçınlıların öz doğma yurduna füzulililərdən bir qədər tez qayıtdıqlarını vurğulayan dövlət başçısı deyib:
“Amma Laçın şəhərində ermənilər qanunsuz məskunlaşma apardıqları üçün orada binaların bəziləri qalmışdı və biz o evləri sadəcə olaraq bərpa etdik, ən gözəl şərait yaratdıq. Deməli, Laçının əvvəlki şəhərsalma mənzərəsi yerindədir. Burada isə şəhər tamamilə yenidən qurulur”.
Bizim.Media