Prezident İlham Əliyevin oktyabrın 15-də açılışını etdiyi Tərtər rayonunun Suqovuşan qəsəbəsindəki istirahət parkında geniş yaşıllaşdırma işləri görülüb, 5 minə yaxın ağac və kol əkilib.
Bizim.Media xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin sədr müavini Azadə Hüseynova parka təşkil olunmuş mediaturda bildirib.
O, qeyd edib ki, 1970-ci illərdə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə tikilən Suqovuşan su anbarının ətrafında park yaradılıb, əhalinin asudə vaxtının səmərəli təşkili üçün sahilboyu gəzinti cığırları salınıb, oturacaqlar, söhbətgahlar, uşaqlar üçün əyləncə meydançası, idman qurğuları quraşdırılıb.
Həmçinin ərazisi 7,5 hektar olan parkda turist informasiya mərkəzi, kafe, üzən estakada, turistlərə xidmət göstərəcək nəqliyyat vasitələri üçün avtodayanacaq yaradılıb.
Azadə Hüseynova eyni zamanda qeyd edib ki, Suqovuşanda turizm infrastrukturunun yaradılması prosesinin ikinci mərhələsində yeni körpünün inşası, tarixi körpünün, mövcud Bayraq meydanının parka adaptasiyası həyata keçiriləcək, genişmiqyaslı abadlıq işləri görüləcək.
Xatırladaq ki, Suqovuşan istirahət parkının təməli 2022-ci il martın 20-də dövlət başçısı və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə qoyulub.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
14:00 / 16.10.2023
Suqovuşanda yeni körpü inşa EDİLƏCƏK
Hazırda oxunan: Suqovuşanda yeni körpü inşa EDİLƏCƏK
Hazırda oxunan: Suqovuşanda yeni körpü inşa EDİLƏCƏK
160065
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.