Ermənilərin növbəti təxribatına Tural Abbaslıdan SƏRT REAKSİYA – “Cavabsız qalmayacaq”

Hazırda oxunan: Ermənilərin növbəti təxribatına Tural Abbaslıdan SƏRT REAKSİYA – “Cavabsız qalmayacaq”

159677

Erməni revanşistləri yeni hoqqabazlıq edir. Belə ki, Ermənistandakı “Ayakve” təşəbbüs qrupu “Qarabağ heç vaxt Azərbaycanın bir hissəsi olmayacaq” adlı petisiya üçün imza toplamağa başlayıb. 

Erməni KİV-in məlumatına görə, müvafiq sənədi 58 min erməni imzalayıb. 

İndi revanşistlər Qarabağın Azərbaycan ərazisi kimi tanınmasına görə ölkədə cinayət məsuliyyətinin nəzərdə tutulması ilə bağlı qanun layihəsini parlamentə təqdim ediblər. Bu da o deməkdir ki, Ermənistanda kimsə Qarabağın Azərbaycan torpağı olduğunu desə ona qarşı cinayət işi açılacaq.

Mövzu ilə bağlı Bizim.Media-ya danışan Ağ Partiyanın başqanı Tural Abbaslı bildirdi ki, Qarabağ artıq Ermənistanın məsələsi deyil:
 

MÖVZU İLƏ BAĞLI:

Paşinyanın haqq iddia etdiyi kəndlərimizlə bağlı TARİXİ FAKTLAR


“Bundan sonra ermənilərin Azərbaycanın ərazi bütövlüyünü tanısa nə olacaq, tanımasa nə olacaq? Bu saat onların fikrini soruşan yoxdur. Əksinə, bu cür hərəkətləri ilə ermənilər dünyaya əsl simalarını göstərirlər. Sübut edirlər ki, onların gözü daima başqalarının torpaqlarındadır. 

Bu cür həyasızlıqların fonunda isə Azərbaycan özünü çox təmkinli aparır. Həyata keçirdiyi siyasəti ilə Azərbaycan regionda davamlı sülhün və dinc qonşuluğun olması istəyini əyani şəkildə ortaya qoyur. Bununla belə ermənilərin bu tip təxribatçı hərəkətlərini Azərbaycan heç zaman cavabsız qoymayacaq. 

Əminliklə deyə bilərəm ki, bu cür təxribatlar Ermənistana heç də ucuz başa gəlməyəcək. Bu bədnam petisiyanı 58 min yox, 1 milyon erməni də imzalasa xeyri yoxdur.

Baxanda, Ermənistanda heç 1 milyon erməni qalmayıb. Bu sadəcə revanşistlərin son çabalarıdır. Bu gedişlə həmin revanşistlər də Arayik Arutyunyanın, Ruben Vardanyanın və digər separatçıların taleyini yaşamalı olacaqlar”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin