Milli Məclis İlham Əliyevin Prezident seçilməsinin 20-ci ildönümü ilə əlaqədar bəyanat qəbul edib

Hazırda oxunan: Milli Məclis İlham Əliyevin Prezident seçilməsinin 20-ci ildönümü ilə əlaqədar bəyanat qəbul edib

159540

Milli Məclisin xüsusi iclası keçirilib.

Bizim.Media xəbər verir ki, iclasda İlham Heydər oğlu Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 20-ci ildönümü ilə əlaqədar Bəyanat müzakirəyə çıxarılıb.

Bəyanatı parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Hikmət Babaoğlu oxuyub.

Bəyanatda bildirilir ki, Prezident İlham Əliyevin yürütdüyü siyasət ölkəmizi regionun güc mərkəzinə çevirib:

“Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən nəhəng layihələr qlobal rol oynayır. Hər bir azərbaycanlının prezidenti olmağı bacaran Prezident İlham Əliyevin Azərbaycan xalqının mütəşəkkil qüvvə kimi formalaşması üçün gördüyü işlərin miqyası gündən-günə artır.

Azərbaycan Ordusunun qəhrəmanlığı və fədakarlığı sayəsində dövlətimizin suverenliyi ölkəmizin bütün ərazilərində bərpa edildi. Qarabağda qalan ermənilərin Azərbaycan cəmiyyətinə reinteqrasiyası üçün işlər görülür. Ermənistanla sülh danışıqları davam etdirilir.
Hazırda azad edilmiş ərazilərdə bərpa və quruculuq işləri geniş vüsət alıb. İnamla söyləmək olar ki, Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın dilbər guşələrindən birinə çevriləcək. Milli Məclis əmindir ki, İlham Əliyevə xas olan siyasi səriştə sayəsində Azərbaycan inamla irəliləməyə nail olacaq”.

Bəyanat səsverməyə çıxarılaraq qəbul edilib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin