"Təhdidlər Azərbaycanla Türkiyənin də vahid ordu yaratmasını labüd edir"

Hazırda oxunan: "Təhdidlər Azərbaycanla Türkiyənin də vahid ordu yaratmasını labüd edir"

158893
Ermənistan prezidenti Serj Sərkisyan təmas xəttində hadisələrə operativ reaksiya verilməsi üçün Bakı ilə İrəvan arasında “qaynar xətt”x9din yaradılması təşəbbüsü ilə çıxış etməsi, özünün konstruktiv mövqe sərgiləməsi kimi təqdim etməkdən ibarətdir.xa0

Hazırda Ermənistanın güzəştsiz mövqeyi nəticəsində danışıqlar prosesi dayanıb. Azərbaycanın son günlər hərbi təlimləri,Lələtəpədən verilən mesajlar Ermənistan rəhbərliyini narahat etməkdədir.Ermənistanın Rusiya ilə birgə ordu yaratması və yeni silahların ötürülməsi fonunda Ermənistandan verilən açıqlamalardan aydın olur ki, münaqişənin həllində gələcək aylarda müsbət irəliləyişlər gözlənilmir və Ermənistan rəhbərliyi danışıqlara hazır deyil.xa0

Bu il Ermənistanın xa0Qarabağ cəbhəsində ağır məğlubiyyətə düçar olması nəticələnməsi, regionun geosiyasi sferasının dəyişməsi ilə nəticələnəcəkdi. Təəssüf ki, Rusiyanın aldadıcı manevrləri və "diplomatik fəaliyyəti" nəticəsində münaqişə dalana dirəndi. Və regionda növbəti silahlı münaqişənin baş vermə riski ilə artmaqdadır. Hazırda Ermənistanı Aprel sindiromu vəziyyətindən xilas etmək üçün Rusiyanın dəstəyi, Ermənistanı son aylarda cəbhədə təxribatlara əl atması ilə nəticələnməkdədir. Cənubi Qafqazda və yaxın regionda gedən geosiyasi vəziyyət, birgə təhdidlərə qarşı mübarizədə Azərbaycanın da analoji olaraq, Türkiyə ilə birgə ordu yaratmasını labüd edir.Türkiyə ilə birgə yaradılan ordu,silahlı qüvvələrimizin NATO standartlarına uyğun komplektləşdirilməsində və güclənməsində, həmçinin Rusiya və Ermənistan birgə ordusuna cavabı olmalıdır.

Məhəmməd Əsədullazadə,xa0
Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun rəhbəri
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin