“Bizim Azərbaycan və Ermənistanın sülh sazişini imzalayacağına böyük ümidimiz var. Gələcəyə baxışımız aydındır”.
Bizim.Media xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə təkbətək görüşdən sonra mətbuata bəyanatda bildirib.
MÖVZU İLƏ BAĞLI:
İlham Əliyevin və İrakli Qaribaşvilinin mətbuata bəyanatları - CANLI
İrakli Qaribaşvili deyib ki, əməkdaşlığımız uzunömürlü olacaq:
“Biz beynəlxalq məsələləri də müzakirə etdik. Hazırda vəziyyət gərgindir. Mən Prezident İlham Əliyevə bildirdim ki, Azərbaycanın hər zaman ərazi bütövlüyü və suverenliyini dəstəkləyirik. Bizim Azərbaycan və Ermənistanın sülh sazişini imzalayacağına böyük ümidimiz var. İnanırıq ki, bölgəmizdə sülh xalqlarımızın rifahına xidmət edəcək. Gürcüstan bu gün də bu məsələdə vasitəçilik etməyə, dostluq formatı təqdim etməyə hazırdır. Cənubi Qafqazın hər iki ölkəsi məsələlərini həll etməlidir”.
Bizim.Media