Azər Zeynalovun istefası QƏBUL EDİLDİ  

Hazırda oxunan: Azər Zeynalovun istefası QƏBUL EDİLDİ  

158482

Oktyabrın 5-də Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 2023-cü il payız sessiyasının növbəti iclası keçirilib. 

Bizim.Media xəbər verir ki, iclasda Ali Məclis sədrinin birinci müavini Azər Zeynalov istefa ilə bağlı müraciət edib. 

Müzakirə olunan məsələ ilə əlaqədar qərar layihəsi oxunduqdan sonra səsə qoyularaq qəbul edilib. 
Qeyd edək ki, Azər Zeynalov 1970-ci ildə Şərur şəhərində anadan olub. Ötən il Vasif Talıbovun istefasından sonra yeni sədr seçilənədək Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədri vəzifəsinin icrası müvəqqəti olaraq sədrin birinci müavini Azər Zeynalova həvalə edilib. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin