Səfirliyimizə hücum edən terrorçunun edama məhkum edilməsinə Baş Prokurorluqdan REAKSİYA

Hazırda oxunan: Səfirliyimizə hücum edən terrorçunun edama məhkum edilməsinə Baş Prokurorluqdan REAKSİYA

158172

"Bəzi media və sosial şəbəkə səhifələrində Azərbaycanın Tehrandakı səfirliyinə qarşı terror aktı törətmiş şəxsin ölüm cəzasına məhkum edilməsinə dair məlumatlar yayılıb".

Bizim.Media xəbər verir ki, bu fikirlər Baş Prokurorluğun Mətbuat xidmətinin yaydığı məlumatda yer alıb.

Mənbə qeyd edir ki, baş vermiş cinayət hadisəsi üzrə İran İslam Respublikasında istintaq edilən cinayət işinin gedişatı diqqətlə izlənilir və qarşı tərəflə mütəmadi əlaqə saxlanılır:

"Belə ki, İran İslam Respublikasının qanunvericiliyinə uyğun olaraq cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün məhkəməyə göndərilib və prokuror tərəfindən təqsirləndirilən şəxsin ən ağır cəzaya məhkum edilməsi tələb olunub, lakin hazırda məhkəmə tərəfindən yekun qərar qəbul edilməyib.
Ümidvarıq ki, iş üzrə yaxın vaxtlarda məhkəmə ədalətli hökmü çıxarılaraq layiqli cəzanın verilməsi təmin ediləcək".

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin