Tehrandan Ərdoğanın Zəngəzur dəhlizi ilə bağlı fikirlərinə REAKSİYA

Hazırda oxunan: Tehrandan Ərdoğanın Zəngəzur dəhlizi ilə bağlı fikirlərinə REAKSİYA

158034

“Rəsmi Tehran Qafqaz regionunda sülh və sabitliyin hökm sürməsində maraqlıdır və buna görə də bəyan etmişdik ki, İran işğal olunan Qarabağın Azərbaycana qaytarılmasının tərəfdarıdır”. 

Bizim.Media xəbər verir ki, bu sözləri İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Nasir Kənani bu gün Tehranda keçirdiyi həftəlik mətbuat konfransında bildirib. 

O, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəngəzur dəhlizinin açılmasının zəruriliyi barədə fikirlərinə də münasibət bildirib: “Biz regionun bütün ölkələrinin maraqlarını təmin edən kommunikasiyaların inkişafının tərəfdarıyıq. İran region dövlətlərinin arasındakı məsələlərin 3+3 formatında həll olunmasını istəyir və bölgəyə kənar qüvvələrin cəlb edilməsinin əleyhinədir”. 
N.Kənaninin sözlərinə görə, Azərbaycanın rəsmi şəxslərinin İrana səfəri hazırlanır:

“Bu səfərlə bağlı işlər və danışıqlar aparılır. Ümid edirik ki, səfər baş tutacaq və Azərbaycanın İrandakı səfirliyi fəaliyyətini bərpa edəcək”. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin