Ceyhun Bayramov: “Qanunsuz erməni silahlılarının tərksilah prosesi yekunlaşıb”

Hazırda oxunan: Ceyhun Bayramov: “Qanunsuz erməni silahlılarının tərksilah prosesi yekunlaşıb”

158030

“30 illik işğal dövründən qalma qeyri-qanuni erməni silahlı qüvvələri Azərbaycan tərəfindən aparılan anti-terror tədbirləri nəticəsində bölgədən çıxarılıb, onların tərksilah prosesi yekunlaşıb”. 

Bizim.Media xəbər verir ki, bu barədə xarici işlər naziri Ceyhun Bayramov bu gün Latviya Respublikasının Azərbaycan Respublikasındakı yeni təyin edilmiş səfiri Edqars Skuya ilə görüşü zamanı deyib. 

Görüşdə həmçinin qanunsuz erməni silahlı qüvvələrinin varlığına son qoyulmasının öz növbəsində həm Azərbaycan və Ermənistan arasında sülh prosesi, həm də Qarabağ bölgəsində yaşayan erməni sakinlərlə reinteqrasiya prosesinin irəlilədilməsi üçün imkanlar yaratdığı, bu xüsusda, Azərbaycanın hər iki istiqamət üzrə səyləri gücləndirməkdə qərarlı olduğu diqqətə çatdırılıb. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin