Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət şöbəsinin müdiri Hikmət Hacıyev işğaldan azad edilmiş Cəbrayıl rayonunda erməni kilsəsinin sökülməsinə dair mətbuatda yayılan xəbərlərə münasibət bildirib.
MÖVZU İLƏ BAĞLI:
''Məscidin dağıdılması müsəlmanların hisslərinə təhqirdir'' - Hikmət Hacıyev
Bizim.Media xəbər verir ki, H.Hacıyev bu barədə “Twitter” səhifəsində paylaşım edib:
“2017-ci ildə XİN sözçüsü kimi işləyərkən işğal altında olan, əvvəllər ermənilərin heç vaxt yaşamadığı Cəbrayılda qanunsuz olaraq ibadətgah tikilməsi barədə açıqlama vermişdim".
"Orada qeyd olunurdu ki, Azərbaycanın işğal olunmuş ərazilərində hər şeyin məhv edildiyi bir vaxtda belə dini abidənin inşası xristianlığın təməl prinsiplərinə ziddir”.
Bizim.Media
2/ in 2017 upon appeal of Azerbaijan OSCE MG Co-Chairs visited illegal chapel built in Jabrayil. They concluded that this is chapel built in military compound for service of soldiers. Any attempts to change religious/cultural nature of seized lands illegal//t.co/8wsBWsoRnp
— Hikmet Hajiyev (@HikmetHajiyev) March 25, 2021