Erməni radikalizmi daha nə İSTƏYİR? - “Onların bu hərəkətləri zəlzələdən sonrakı afterşoklara bənzəyir”

Hazırda oxunan: Erməni radikalizmi daha nə İSTƏYİR? - “Onların bu hərəkətləri zəlzələdən sonrakı afterşoklara bənzəyir”

157964

Azərbaycan ordusunun Qarabağ iqtisadi rayonunda keçidiyi antiterror tədbirlərinin uğurlu nəticəsi dünyada fəaliyyət göstərən radikal erməni diaspor qruplarını qıcıqlandırıb. Təslim və məğlub olduqlarını həzm etməyən radikal erməni diaspor qruplaşması indi də Azərbaycanın ayrı-ayrı ölkələrindəki  diplomatik nümayəndəliklərinə qarşı təxribatlara başlayıb. 

Radikal erməni diaspor qrupları tərəfindən sentyabrın 29-da Beyrutda, 30-da Los-Ancelesdə, ardınca Gürcüstanda Azərbaycanın diplomatik nümayəndəliklərinə qarşı təxribatları buna misaldır. Üstəlik Azərbaycan ordusunun antiterror tədbirlərindən sonra qondarma rejimin çıxdıqları ərazilərdə əlavə minalar basdırması nifrət və zorakılığa təkan verən məsələlərdəndir. 

Erməni radikalizmi daha nə istəyir? Bu təxribatlar davamlı olacaqmı?
 

MÖVZU İLƏ BAĞLI:

“Makron Ermənistana kömək edə bilməyəcəyini anlasa, sülh olacaq” – Zərdüşt Əlizadə 


Milli Məclisin deputatı Elman Nəsirov Bizim.Media-ya açıqlamasında  erməni terrorizminin beynəlxalq terrorizmin mühüm tərkib hissəsi olduğunu bildirib:

“Bu bir həqiqətdir ki, erməni terrorizmi özünü hər zaman göstərməkdədir. Azərbaycan Silahlı Qüvvələri Xankəndidə erməni terrorizmi və separatizminin kökünü kəsib. Ancaq onlar kövrək müqavimət göstəməkdə davam edirlər. Bu, bilirsiz nəyə bənzəyir? Ağır xəstəliyə mübtəla olmuş xəstə birdən-birə qəribə də olsa yaxşılaşmağa və özünü nisbətən gümrah hiss etməyə başlayır.

Hansı ki, həkimlər də söyləyirlər ki, bu, yaxşı əlamət deyil. Yəni artıq həmin xəstə son olaraq özünü toplayır və ardınca ölüm faktı qeydə alınır. 

Yaxud şam sönməyə başlamamışdan öncə birdən-birə güclü yanmağa başlayır. Yəni bu, onun sönməyinin əlamətidir. İndi də dünyadakı diaspora erməni nümayəndələri  müəyyən təxribatçı addımlar atırlar. Söhbət ilk növbədə radikal erməni diaspor qruplarından gedir. O da bəllidir ki, qondarma rejimin tör-töküntüləri Qarabağı tərk edərkən minaların basdırılması aksiyasını da həyata keçiriblər. 

Bu o deməkdir ki, artıq onların süqutu tam və qətidir. Bu, son akkordlardır ki, özlərinin varlığını göstərmək istəyirlər. Amma qatar çoxdan gedib. Müzəffər Ali Baş komandamızın və yenilməz ordumuzun sentyabrın 19- 20-də Qarabağ iqtisadi rayonunda keçirdiyi antiterror tədbirlər erməni separatizmin və terrorizmin kökünü kəsdi”.  

Deputat əlavə edib ki, radikal erməni qruplaşmalarının qanuna zidd hərəkətləri zəlzələdən sonrakı afterşoklara bənzəyir:

“Amma mənası yoxdur. Çünki qarşılarında güclü, qalib, müzəffər Azərbaycan ordusu və komandanı, eyni zamanda güclü iradəyə malik, Dəmir Yumruğa çevrilmiş Azərbaycan xalqı dayanır. Belə olan vəziyyətdə ən ağıllısı bu hərəkətlərə son qoymaq, vəziyyətlə barışmaq, öz talelələrini düşünmələri üçün Ermənistan-Azərbaycan arasında sülh müqaviləsinin imzalanması prosesinə köməklik etmələridir. Əks halda bütün bu addımlar heç bir nəticə verməyəcək. El arasında deyildiyi kimi “İt hürər, karvan keçər”.

Alçina Amilqızı, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin