İlham Əliyev: “Ermənistan sentyabrın 20-dək baş verən hadisələri düzgün təhlil etsə, sülh əlçatandır”

Hazırda oxunan: İlham Əliyev: “Ermənistan sentyabrın 20-dək baş verən hadisələri düzgün təhlil etsə, sülh əlçatandır”

157572

“Sentyabrın 20-də biz Qarabağdakı Ermənistan ordusuna bəyan etdik ki, silahlarınızı yerə qoyun və oraları tərk edin. Bu, belə də oldu, bu baş verdi. Yəni, biz sözümüzə, vədimizə əməl edirik, sadiqik”.

Bizim.Media xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 29-da Zəngilanda keçirilən “Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi” mövzusunda 2-ci Milli Şəhərsalma Forumunun açılış mərasimində çıxışı zamanı deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Prezident Zəngilanda 2-ci Milli Şəhərsalma Forumunun açılış MƏRASİMİNDƏ - FOTO 


Dövlət başçısı əmin olunduğunu bildirib ki, əgər Ermənistan hökuməti 2019-cu ildə verilən “Qarabağ Ermənistandır!” bəyanatından sonra sentyabrın 20-dək (2023-cü il – red.) baş verən hadisələri düzgün təhlil etsə, sülh əlçatandır.

“Bu, bizim gələcəklə bağlı baxışımızdır, bu, regionun gələcəyi ilə bağlı baxışımızdır. Hesab edirəm ki, beynəlxalq aktorlar və qonşular görəcəklər ki, bizim münasibətimiz konstruktivdir”, - deyə Azərbaycan Prezidenti diqqətə çatdırıb.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin