“Separatçılar üçün də beynəlxalq məhkəmə qurulmalıdır” – Tofiq Zülfüqarov 

Hazırda oxunan: “Separatçılar üçün də beynəlxalq məhkəmə qurulmalıdır” – Tofiq Zülfüqarov 

157559

“Hər bir cinayətkar erməni Azərbaycanda qanunlar qarşısında cavab verəcək. Bu təkcə bizim üçün deyil, həm də beynəlxalq ictimaiyyət üçün də böyük əhəmiyyət kəsb edir. Azərbaycanın quracağı məhkəmədə vardanyanların, babayanların cinayətləri bütün dünyaya bəyan olacaq. Ona görə də bu cinayətkarların saxlanılması böyük siyasi hadisədir”.

Bunu Bizim.Media-ya açıqlama verən sabiq xarici işlər naziri Tofiq Zülfüqarov deyib. 
 

MÖVZU İLƏ BAĞLI:

ERMƏNİ KİV: Qondarma rejimin daha bir “komandir”i SAXLANILDI


O bildirib ki, biz quracağımız ədalət məhkəməsində ayrı-ayrı erməni fərdlərini deyil, bütövlükdə bədnam “miatsum” işğalçı aneksiya siyasətini mühakimə edəcəyik:

“Ermənilər 10 illər boyu dünyada belə bir fikir formalaşdırmağa çalışırdılar ki, hansısa saf ideyalar üçün mübarizə aparırlar. Amma əslində ermənilərin istədiyi əzəli Azərbaycan ərazilərində ikinci Ermənistan dövləti yaratmaq idi. Bu sərsəm ideya üçün 10 minlərlə azərbaycanlını qətlə yetiriblər. Azərbaycanın maddi və mənəvi dəyərlərini dağıdıblar. Ona görə də saxlanılan ermənilər hərbi və insani cinayətlərə görə mühakimə olunacaqlar”.

Tofiq Zülfüqarov onu da qeyd edib ki, əslində ermənilərin faşist ideologiyası da mühakimə olunmalıdır:

“Necə ki, vaxtilə almanların faşist ideologiyası Nürnberq məhkəməsində açıq şəkildə ittiham olundu. İndi biz də erməni faşizmini ittiham etməliyik. Və bu məhkəmə prosesinə dünyanın aparıcı hüquqşünaslarını cəlb etməliyik ki, ermənilərin faşist ideologiyası barədə dünya əsl həqiqəti bilsin”.

Surxay Atakişiyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin