Prezident İlham Əliyev: “Ermənistan hərbi cinayətkarlar tərəfindən idarə olunan rejim idi\"

Hazırda oxunan: Prezident İlham Əliyev: “Ermənistan hərbi cinayətkarlar tərəfindən idarə olunan rejim idi\"

157553

“Ermənistan kriminal hərbi cinayətkarlar tərəfindən idarə olunan bir rejim idi. İki prezident özləri Xocalı soyqırımında iştirak edənlər idi. Onlar buna cavab verməlidirlər, məsuliyyət daşımalıdırlar. Onlar Azərbaycan torpaqlarını talayanlar idilər”.

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 29-da Zəngilanda keçirilən “Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi” mövzusunda 2-ci Milli Şəhərsalma Forumunun açılış mərasimində çıxışı zamanı səsləndirib.
 

MÖVZU İLƏ BAĞLI:

Prezident Zəngilanda 2-ci Milli Şəhərsalma Forumunun açılış MƏRASİMİNDƏ - FOTO 


Bu gün də erməni xalqının onlara (kriminal hərbi cinayətkarlara – red.) nifrət etdiyini xatırladan dövlətimizin başçısı qeyd edib:

“Hazırkı Ermənistan hakimiyyəti ilə bağlı ümidlər şişirdilmiş idi. Hazırkı Ermənistan hakimiyyəti Azərbaycanla sülhə gəlmək istəsəydi, bunu edə bilərdi. Azərbaycan buna hazır idi, beynəlxalq vasitəçilər, keçmiş həmsədrlər bunu bilirdilər. Biz Azərbaycanın ərazi bütövlüyünün bərpası əsasında bunu dinc yolla həll etməyə hazır idik”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin