“Ərdoğan qurultayda prinsiplərinə sadiqliyini bir daha nümayiş etdirdi” – Politoloqların rəyi

Hazırda oxunan: “Ərdoğan qurultayda prinsiplərinə sadiqliyini bir daha nümayiş etdirdi” – Politoloqların rəyi

15733

“Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan qurultaydakı Qarabağla bağlı çıxışı bu günə kimi dediyi sözlərin bir daha təsdiqi idi”.

Bu sözləri Bizim.Media-ya millət vəkili Razi Nurullayev AKP-nin qurultayından danışarkən söyləyib.

 

MÖVZU İLƏ BAĞLI:

Ərdoğan: “Türkiyə 10 noyabr bəyanatının yerinə yetirilməsi üçün səylərini əsirgəməyəcək”


“Biz əmin ola bilərik ki, Türkiyə Azərbaycanda var. Və bizim qardaşlığımız dönməzdir. Ərdoğanın qurultayda Qarabağ haqqında səsləndirdiyi fikirlər də  hərifən yerinə yetiriləcək.

Türkiyə prezidenti çıxışında Türkiyənin sivil bir cəmiyyət olması ilə bağlı da mesaj vermiş oldu.

Keçmişdən qalan hərbi çevrişlərin, müxtəlif fikir ayrılıqları, konstutsiyasının bütün əhalinin maraqlarına ehtiva etməməsi ilə bağlı da fikir səsləndirdi. Mən hesab edirəm ki, bu çıxışdan sonra Türkiyə müəyyən maddələri ictimai müzakirəyə çıxaracaq.

Türkiyənin ana yasasında olan bəzi maddələr onun Avropa ölkələri ilə sıx əməkdaşlığına problem yaradırdı. İndi qəbul ediləcək yeni maddələr bu sərhədləri aradan qaldırmış olacaq”.

“Atlas” Araşdırma Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə AKP-dəki struktur dəyişiklərindəndə danışdı:

“AKP ictimai rəydəki nüfuzuna dəyişiklik elədi. Partiyanın idarə heyətinin 50 nəfərdən 75 -ə kimi  qaldırılması, cəmiyyətdə nüfuzu olan yeni simaların üzv seçilməsi ondan xəbər verir ki, AKP-nin imici yaxşı mənada artacaq. Bu dəyişilik həm də partiyanın yerində saymadığından xəbər verir”.

Gülşanə Mustafayeva, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin