Ceyhun Bayramov Lavrovla Qarabağdakı vəziyyəti müzakirə ETDİ – YENİLƏNİB 

Hazırda oxunan: Ceyhun Bayramov Lavrovla Qarabağdakı vəziyyəti müzakirə ETDİ – YENİLƏNİB 

157293

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub.

Bu barədə Bizim.Media-ya Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Telefon danışığı zamanı, Azərbaycan və Rusiya arasında mövcüd əməkdaşlıq gündəliyi, Azərbaycan və Ermənistan arasında normallaşma prosesi, habelə regionda cari vəziyyət müzakirə olunub.

Ceyhun Bayramov Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin reinteqrasiyasiyası üzrə dialoqa sadiqliyini, ölkəmizin erməni sakinlərin ehtiyaclarının qarşılanması üçün kompleks tədbirləri davam etdirəcəyini diqqətə çatdırıb.
Azərbaycan ərazilərində qondarma rejimin buraxılması və erməni silahlı qüvvələrinin tərksilahı, habelə Azərbaycan ərazilərindən çıxarılması işinin həyata keçirildiyi, bununla yanaşı, Azərbaycanın Ermənistanla sülh prosesinin irəliləməsində maraqlı olduğu vurğulanıb.

Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

*** 20:39

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı olub.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
 

MÖVZU İLƏ BAĞLI:

Lavrov: “Ermənistan rəhbərliyi ABŞ-a arxalanan ölkələrin taleyini xatırlamalıdır” – VİDEO


Nazirlər Qarabağdakı vəziyyəti, o cümlədən erməni sakinlərə humanitar yardımın göstərilməsi və onarın təhlükəsizliyinin təmin edilməsi məsələlərini müzakirə ediblər.

Bildirilib ki, həmçinin Bakı ilə İrəvan arasında sülh müqaviləsi və sərhədlərin delimitasiyası ilə bağlı sazişlərin həyata keçirilməsi yolları da müzakirə olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin