BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Folker Türk Ermənistan və Azərbaycan ilə bağlı verdiyi 2023-cü il 26 sentyabr tarixli bəyanatında Azərbaycana və azərbaycanlılara qarşı qərəz və ayrı-seçkiliyə yol verib.
Bizim.Media xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının açıqlamasında deyilir.
“Ali Komissara çox yaxşı məlumdur ki, Ermənistan öz ərazisindən və işğal etdiyi Azərbaycan ərazilərindən bir milyona yaxın azərbaycanlını qovaraq, onların hüquq və azadlıqlarını kobud şəkildə pozub.
Ermənistan hökuməti bu ölkənin ərazisindən qovulmuş azərbaycanlıların təhlükəsiz şəkildə və ləyaqətlə geri qayıtmaq hüququnun reallaşmasına imkan vermir. Ali Komissar nədənsə bir dəfə də olsun bu məsələ barədə danışmamış və Qərbi Azərbaycan İcmasının bu barədə müraciətini cavabsız qoyub.
Xatırladaq ki, Qərbi Azərbaycan İcması Ermənistanın suverenliyinə və ərazi bütövlüyünə hörmətlə yanaşır və sülhə, birgəyaşayışa, barışığa və re-inteqrasiyaya əsaslanan gündəliyə sahibdir.
Belə olan təqdirdə, Ali Komissarın beynəlxalq hüquqa hörmətsizlik edən, re-inteqrasiyanı rədd edən və separatçı yanaşmaya malik qüvvələri dəstəkləməsi və Ermənistandan qovulmuş azərbaycanlıların geri qayıtmaq hüququnu görməzdən gəlməsi azərbaycanlılara qarşı etnik və dini zəmində ayrı-seçkilikdir.
BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarının bu ayrı seçkiliyə yol verməsi siyasi baxımdan yanlış olmaqla bərabər, bütövlükdə insan hüquqları sahəsində beynəlxalq sistemi kökündən sarsıdır.
Biz Ali Komissar Türkü daşıdığı ali vəzifənin mandatına uyğun hərəkət etməyə, rəhbərlik etdiyi təsisatın bəzi dairələrin əlində ucuz siyasi alətə çevrilməsinə imkan verməməyə, dini və etnik zəmində qərəz və ayrı-seçkiliyə son verməyə, Ermənistandan qovulmuş azərbaycanlıların təhlükəsiz şəkildə və ləyaqətlə geri qayıtmaq hüququna dəstək verməyə və hüquqlarımızın müdafiəsi xahişi ilə 10 avqust 2023-cü il tarixində göndərdiyimiz müraciətə cavab verməyə çağırırıq”.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
14:30 / 27.09.2023
Qərbi Azərbaycan İcması BMT-nin Ali Komissarına cavab verib
Hazırda oxunan: Qərbi Azərbaycan İcması BMT-nin Ali Komissarına cavab verib
Hazırda oxunan: Qərbi Azərbaycan İcması BMT-nin Ali Komissarına cavab verib
157232
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.