Qarabağ bölgəsində yaşayan erməni sakinlərin hüquqlarının ölkə qanunvericiliyi və beynəlxalq öhdəliklər çərçivəsində təmin edilməsi məqsədilə hazırda müvafiq iş aparılır.
Bizim.Media xəbər verir ki, bu barədə Prezident İlham Əliyev ABŞ dövlət katibi Entoni Blinkenlə telefon danışığında bildirib.
MÖVZU İLƏ BAĞLI:
İlham Əliyev Blinkenlə Qarabağdakı vəziyyəti müzakirə ETDİ
Azərbaycan nümayəndələri ilə erməni sakinlərin nümayəndələri arasında reinteqrasiya istiqamətində dialoq aparıldığı, erməni sakinlərə Azərbaycan tərəfindən humanitar yardımlar göndərildiyi, ərazidə infrastrukturun bərpa edildiyi dövlət başçısı tərəfindən qeyd olunub.
Bizim.Media