Vim van Embden: “Azərbaycanın 20 faiz torpaqları işğal olunub”x9d
Bu sözləri Niderlandda fəaliyyət göstərən “Connect”x9d təşkilatının katibi Vim van Embden Niderlandın SD radiosunda xa0çıxışında deyib.
Vim daha sonra çıxışında soydaşımız Vüqar Abbasovla tanış olduqdan sonra onunla birlikdə “Connect”x9d təşkilatını yaratdıqlardan danışıb.xa0
O, qeyd edib ki, bu ölkə haqqında ilk dəfə həmkarından eşidib və eşitdikləri də ancaq xoş sözlər olub; Azərbaycanın gözəlliyi, insanların qonaqpərvərliyi, Azərbaycanın tolerant ölkə olması, paytaxtın modern şəhər olmasından bəhs edib.
Daha sonra Vim əlavə edib ki, sonradan, özünün Azərbaycana səfəri zamanı bunun şahidi olub və deyilənlərin həqiqət olduğuna inanıb. xa0Azərbaycan torpaqlarının işğalda olmasından, BMT ”“ nin qətnamələrinə xa0əhəmiyyət verilməməsindən danışan Vim van Embden bu halın heç də xoş olmadığını dilə gətirib.xa0
O, eyni zamanda “Connect”x9din bir neçə gündən sonra təşkil edəcəyi tədbirə toxunan Vim Azərbaycanın mətbəxindən söhbət açıb və tədbir iştirakçıların Azərbaycan təamlarını, şərabını dada, skripkada, tarda və sazda Azərbaycan milli musiqilərini dinləyə biləcəklərini qeyd edib.
Elnur Eltürk

































































































