İqor Korotçenko: “Makron Fransanın qapılarını ermənilərin üzünə çırpdı” – ÖZƏL 

Hazırda oxunan: İqor Korotçenko: “Makron Fransanın qapılarını ermənilərin üzünə çırpdı” – ÖZƏL 

157072

“Fransa və prezidenti Makron bir daha ikiüzlü olduqlarını sübut etdilər. Fransızlar sözdə Qarabağ separatçılarını və Ermənistanı müdafiə etsələr də əməldə biz bunun əksini görürük. Belə ki, rəsmi Paris Qarabağ ermənilərinə Fransada sığınacaq verməkdən qəti şəkildə imtina etdi. 

Bildiyimiz kimi, Azərbaycan vətəndaşı olaraq Qarabağda yaşamaq istəməyən ermənilər Fransaya getməyi arzulayırdı. Bu da təsadüfi deyil. Məlum olduğu kimi Marseldə böyük erməni icması var. Və Qarabağdakı ermənilərin Fransaya can atmasında təəccüblü heç nə yoxdur. 

Nəzərə alaq ki, Fransa Qarabağdan gedən 20-30 min ermənini qəbul etməklə ermənilər qarşısında və Avropada çox böyük ehtiram qazana bilərdi. Amma rəsmi Paris bunu etmədi”. 

Bunu Bizim.Media-ya açıqlamasında Rusiya Xəzər Strateji Araşdırmalar İnstitutunun baş direktoru İqor Korotçenko deyib. 

O bildirib ki, Makron ermənilərin üzünə qapını çox pis çırpıb:

“Bu hərəkət erməni diasporu üçün təəccüblü olsa da, çoxları üçün bu xarakterik haldır. Fransa tarixən  ikiüzlülüyü, kolonializmi və insanlıq qatili kimi tanınıb. Afrikada 1.5 milyon əlcazirlinin qətliamı fransızların alın yazısıdır. Cənub-Şərqi  Asiyada on minlərlə günahsız insanın qətl edilməsi də fransızların adıyla bağlıdır. Bütün bu faktlar Fransanın mahiyyətinin, Fransanın nə olduğunun göstəricisidir”.

İqor Korotçenko əlavə edib ki, Fransa öz ikiüzlü siyasəti ilə ermənilərin halına yanmırdı, sadəcə onların “dostu” obrazında Cənubi Qafqaza soxulmaq istəyirdi:

“Rəsmi Paris Cənubi Qafqaza təkcə Rusiyanı bu bölgədən sıxışdırmaq üçün deyil, həm də bu regionda Türkiyənin artan nüfuzunu neytrallaşdırmaq üçün soxulmaq istəyirdi.

Mən əminəm ki, region dövlətlərinin birgə səyi nəticəsində nə Fransa ordusu, nə də ki, fransız müşahidəçilər Cənubi Qafqaza heç zaman ayaq aça bilməyəcəklər. 

Avropada liderlik iddiasında olan Fransa müxtəlif bəhanələrlə Cənubi Qafqaza soxulmaq istəyir. Lakin, fransızların sözləri ilə əməllərinin üst-üstə düşməməsi və region dövlətlərinin Fransanın mahiyyətini çox gözəl bilməsi buna heç zaman imkan verməyəcək”.

Surxay Atakişiyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin