Peskovdan Azərbaycan və Türkiyə liderlərinin görüşü ilə bağlı AÇIQLAMA

Hazırda oxunan: Peskovdan Azərbaycan və Türkiyə liderlərinin görüşü ilə bağlı AÇIQLAMA

156933

Moskva ümid edir ki, Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü regionda təhlükəsizliyin təmin olunmasına və həyatın normallaşmasına kömək edəcək.

Bizim.Media xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

"Bunlar suveren ölkələrdir və əməkdaşlığın inkişafı üzrə öz suveren hüquqlarını həyata keçirirlər, Bakı ilə Ankara arasında münasibətlərin necə sıx olduğunu bilirik", - deyən Peskov Moskvanın da həm Bakı, həm də Ankara ilə bir o qədər sıx münasibətlərə malik olduğunu əlavə edib.

Qeyd edək ki, bu gün Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasına rəsmi səfərə gəlib. Dövlət başçıları İğdır-Naxçıvan qaz kəmərinin təməlini qoyublar.

Səfər çərçivəsində iki ölkə liderinin Azərbaycan-Türkiyə münasibətlərini müzakirə edəcəyi, həmçinin, aktual regional və qlobal məsələlər, o cümlədən, Azərbaycanın Qarabağda keçirdiyi antiterror tədbirlərinin nəticələri barədə fikir mübadiləsi aparacağı bildirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin