"BQXK humanitar hüququn bütün normalarına əməl edildiyini təsdiqləyib" - XİN 

Hazırda oxunan: "BQXK humanitar hüququn bütün normalarına əməl edildiyini təsdiqləyib" - XİN 

156868

Cari ilin 19-20 sentyabr tarixlərində Azərbaycan ərazisində mövcud olan erməni silahlı birləşmələrinə qarşı həyata keçirilmiş anti-terror tədbirləri zamanı da beynəlxalq humanitar hüququn bütün normalarına əməl edildiyi Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) daxil, beynəlxalq təşkilatlar tərəfindən təsdiq edilmiş və hətta Azərbaycanın guya mülki əhalini hədəf aldığı iddialarının heç bir həqiqəti əks etdirmədiyi Ermənistan baş naziri tərəfindən bildirilib. 

Bizim.Media xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Fransa Prezidenti E.Makronun TF1 kanalında EN DIRECT proqramına müsahibəsi zamanı səsləndirdiyi fikirlərə dair şərhində bildirilib. 

“Bu xüsusda, Azərbaycanın bu tədbirlərinə qarşı səsləndirilən fikirlərin heç bir əsası yoxdur”, - Ayxan Hacızadə deyib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin