“Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərinin ciddi riayət olunmasına, ayrı-seçkilik olmadan tətbiqinə söykənən BMT-nin əsasını təşkil edən çoxtərəfli sistemin fəallaşmasının və islahatların aparılmasının tərəfdarıdır”.
Bizim.Media xəbər verir ki, bu sözləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda BMT Baş Assambleyasının 78-ci sessiyasının “Etimadın yenidən qurulması və qlobal həmrəyliyin yenidən alovlandırılması: 2030-cu il Gündəliyi və onun Dayanıqlı İnkişaf Məqsədləri üzrə sülh, firavanlıq, tərəqqi və hamı üçün dayanıqlılıq istiqamətində fəaliyyətin sürətləndirilməsi” mövzusunda ümumi müzakirələri zamanı çıxışında deyib.
“Bu baxımdan, gələcəyin Zirvə Toplantısının qlobal fəaliyyəti gücləndirmək və BMT Nizamnaməsinə və çoxtərəfliliyə kollektiv öhdəliyi nümayiş etdirmək üçün bir fürsət olacağına ümid edirik”, - deyə C.Bayramov qeyd edib.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
01:29 / 24.09.2023
Nazir: “Azərbaycan çoxtərəfli sistemin fəallaşmasının və islahatların aparılmasının tərəfdarıdır”
Hazırda oxunan: Nazir: “Azərbaycan çoxtərəfli sistemin fəallaşmasının və islahatların aparılmasının tərəfdarıdır”
Hazırda oxunan: Nazir: “Azərbaycan çoxtərəfli sistemin fəallaşmasının və islahatların aparılmasının tərəfdarıdır”
156685
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.