“Münaqişə zamanı itkin düşmüş 4000-ə yaxın Azərbaycan vətəndaşının, o cümlədən 719 mülki şəxsin taleyi məlum deyil. İşğaldan azad edilmiş ərazilərdə Azərbaycanın dinc sakinlərinin və beynəlxalq humanitar hüququn müdafiəsi altında olan digər şəxslərin qəsdən öldürülməsini sübut edən bir neçə kütləvi məzarlıq aşkar olunsa da, Ermənistan itkin düşmüş şəxslərin taleyini aydınlaşdırmaqdan imtina edir.
Bu məsələnin həlli təkcə qurbanların və onların ailələrinin hüquqlarına riayət olunması baxımından deyil, həm də münaqişədən sonrakı barışıq və vəziyyətin normallaşdırılması baxımından vacibdir”.
Bizim.Media xəbər verir ki, bu fikirləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda BMT Baş Assambleyasının 78-ci sessiyasının “Etimadın yenidən qurulması və qlobal həmrəyliyin yenidən alovlandırılması: 2030-cu il Gündəliyi və onun Dayanıqlı İnkişaf Məqsədləri üzrə sülh, firavanlıq, tərəqqi və hamı üçün dayanıqlılıq istiqamətində fəaliyyətin sürətləndirilməsi” mövzusunda ümumi müzakirələri zamanı çıxışında səsləndirib.
Nazir deyib:
“1987-1991-ci illərdə Ermənistan beynəlxalq hüququ kobud şəkildə pozaraq 300 minə yaxın azərbaycanlını öz əcdadlarının torpaqlarından zorla didərgin saldı. Ermənistandakı azərbaycanlılara aid bütün yaşayış məntəqələrinin və toponimlərinin adı dəyişdirilib, tarixi və mədəni irsimiz qəsdən dağıdılıb və məhv edilib.
Qərbi Azərbaycan İcmasının dialoqa başlamaq və öz vətənlərinə təhlükəsiz və ləyaqətli qayıdışı təmin etmək üçün dəfələrlə çağırışlar etməsinə baxmayaraq, Ermənistan hökuməti onların Ümumdünya İnsan Hüquqları Bəyannaməsi, Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt, Qaçqınların Statusu haqqında Konvensiya və digər vacib beynəlxalq aktlarda təsbit olunmuş fundamental qayıdış hüququnu həyata keçirməkdən imtina edir.
Azərbaycan beynəlxalq öhdəliklərinə sadiq şəkildə və konstruktiv dialoqa açıq olaraq beynəlxalq hüququn pozulmasını qəbul etməyəcək və beynəlxalq səviyyədə müvafiq addımlar atmağa davam edəcək”.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
21:49 / 23.09.2023
Nazir: “Münaqişə zamanı itkin düşmüş 4000-ə yaxın Azərbaycan vətəndaşının taleyi məlum deyil”
Hazırda oxunan: Nazir: “Münaqişə zamanı itkin düşmüş 4000-ə yaxın Azərbaycan vətəndaşının taleyi məlum deyil”
Hazırda oxunan: Nazir: “Münaqişə zamanı itkin düşmüş 4000-ə yaxın Azərbaycan vətəndaşının taleyi məlum deyil”
156675
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.