“Hazırda Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üçün regionda daha yaxşı imkanlar yaranıb”.
Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 23-də Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarla görüşü zamanı bildirib.
MÖVZU İLƏ BAĞLI:
Prezident İlham Əliyev Toivo Klaarı qəbul edib - YENİLƏNİB
Görüşdə, eyni zamanda, dövlətimizin həyata keçirdiyi humanitar layihələr haqqında məlumat verilib, Beynəlxalq Qırmızı Xaç Komitəsinin təqdim etdiyi sorğulara Azərbaycan tərəfindən müsbət cavab verildiyi və dəstək göstərildiyi vurğulanıb.
Bizim.Media