Ermənistan üçün QİYAMƏT SSENARİSİ – Qarabağdan qovulan muzdlular Paşinyana BƏLA OLACAQLAR

Hazırda oxunan: Ermənistan üçün QİYAMƏT SSENARİSİ – Qarabağdan qovulan muzdlular Paşinyana BƏLA OLACAQLAR

156492

Azərbaycanın Qarabağ ərazisində keçirdiyi uğurlu lokal antiterror əməliyyatının nəticəsi olaraq qondarma rejimin təslim olması ilə qanunsuz şəkildə burada olan erməni silahlı dəstələri, muzdlular tərksilah edilərək, ərazini tərk edəcəklər. Artıq demək olar ki, bu prosesə başlanılıb. 

Aydın görünür ki, həmin muzdluların mütləq əksəriyyəti Qarabağdan qovulduqdan sonra, Ermənistanda məskən salacaqlar.
 

MÖVZU İLƏ BAĞLI:

İki OD ARASINDA – Paşinyanı Qərb, yoxsa Rusiya CƏZALANDIRACAQ? 


Bu fonda da onların dinc həyat tərzinə qayıdacaqları az inandırıcıdır. Ermənistandakı mövcud vəziyyəti nəzərə alsaq, həmin muzdlular ölkədəki gərgin durumu daha da dərinləşdirmək istəyən müxtəlif qrupların əlinə düşmüş əlverişli fürsət ola bilər. Yəni birmənalı şəkildə aydındır ki, həmin muzdluların Ermənistana keçidi etirazların qızışdığı bir durumda İrəvan üçün daha ağır müsibətlər yaşadacaq.

Bizim.Media-ya açıqlama verən politoloq Abutalıb Səmədovun fikrincə, bunun nəticəsində Ermənistanın indikindən qat-qat daha ağır duruma düşəcəyi heç bir şübhə doğurmur:

“Ermənistan baş naziri Paşinyan iddia edirdi ki, 2021-ci ilin avqustundan Ermənistan silahlıları Qarabağ ərazisindən çıxarılıb. Ancaq Qarabağın hərbi xunta rəhbərləri etiraf etdilər ki, Ermənistan silahlıları hələ bu ərazidə qalmaqdadır. Razılaşmanın şərtinə görə onlar silahları təhvil verib Azərbaycan ərazisindən çıxarılacaqlar. Bu proses yaxın müddətdə yekunlaşa bilər. 10 minə yaxın Ermənistan hərbçisinin İrəvana getməsi, şübhəsiz ki, Paşinyan üçün problemlər yaradacaq. Onsuz da əhalinin müəyyən hissəsi onun əleyhinə tədbirlər keçirərək, istefaya getməsini tələb edir. Ancaq hələlik Paşinyanı hakimiyyətdən uzaqlaşdıracaq dərəcədə kütləvilik yoxdur. 10 minlik hərbçinin gəlməsindən sonra ola bilər kütləvi etiraz tədbirləri daha da intensivləşsin. 

Ancaq bütün hallarda hesab edirəm ki, Paşinyanın devrilməsi mümkünsüzdür. Çünki Ermənistandakı Rusiya tərəfdarları zəifdir. Rusiyanın buradakı imkanları günü-gündən azalır. Onun nəticəsidir ki, Moskva istəsə də Paşinyanın hakimiyyətdən uzaqlaşdırılmasına nail ola bilmir. 

Onu da unutmayaq ki, ABŞ-ın dünyada ikinci ən böyük səfirliyi Ermənistanda yerləşir. Orada çalışan 2500 əməkdaşın hardasa minə yaxını dəniz piyadalarıdır. Onlar da Paşinyanı qorumaq üçün əllərindən gələni edirlər. 

Hətta istisna olunmur ki, son zamanlar Ermənistandakı Amerika hərbçilərinin sayı bir qədər də artıb. Təlimə gələn 175 amerikalı da ola bilər hələ bir müddət Ermənistanda qalaraq, Paşinyanın hakimiyyətinin saxlanılmasına kömək etsin”. 

Həmsöhbətimiz qeyd edir ki, bütün hallarda hətta Paşinyan hakimiyyətdən uzaqladırılmasa da, onu ağır günlər gözləyir:

“Nüfuzu günü-gündən aşağı düşməkdədir. İrəvanda keçirilən mer seçkilərində Paşinyan komandası birinci yeri tutsa da, 3 müxalif partiyanın birləşərək, meri öz aralarından seçməsi imkanı da qalmaqdadır. Bu da təbiidir ki, Paşinyana əlavə problemlər yaradacaq. 30 ilə yaxın bir müddətdə Azərbaycana problemlər yaradan Ermənistan indi öz əkdiyini biçir. Bundan sonra Ermənistanın indikindən qat-qat daha ağır vəziyyətlərə düşəcəyi heç bir şübhə doğurmur. Belə avantüralara getməklə ermənilər indi cəzalarını çəkirlər və çəkməkdə də davam edəcəklər”.

Rüfət Sultan, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin