Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Beynəlxalq Qızıl Xaç Komitəsinin Bakı Ofisi, həmçinin, digər beynəlxalq tərəfdaşlarla görüşüb.
Bizim.Media xəbər verir ki, Hikmət Hacıyev görüşdə qeyd edib ki, Azərbaycan tərəfi BQXK vasitəsilə erməni əsilli yaralı hərbçilərə tibbi yardım göstərməyə və ya onlara kömək etməyə hazırdır:
"Müraciət nəticəsində yaralı hərbçilərin toplanması üçün BQXK-nın tibbi maşınlarının hərəkətinə dəstək verilir.
Bu məqsədlə biz də təcili tibbi yardım maşınları ayırmağa, tibbi yardım göstərməyə hazırıq. Ermənistana tibbi təxliyə üçün tibbi maşınlar Ermənistandan da gələ bilər. Meydanda qalan döyüşçülərin meyitlərinin toplanması üçün Rusiya sülhməramlıları ilə iş aparılır”.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
13:42 / 22.09.2023
Azərbaycan erməni yaralı hərbçilərə tibbi yardım göstərməyə hazırdır - RƏSMİ
Hazırda oxunan: Azərbaycan erməni yaralı hərbçilərə tibbi yardım göstərməyə hazırdır - RƏSMİ
Hazırda oxunan: Azərbaycan erməni yaralı hərbçilərə tibbi yardım göstərməyə hazırdır - RƏSMİ
156468
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.