XİN başçısından BMT-yə ÇAĞIRIŞ: “Təhlükəsizlik Şurasından sui-istifadə cəhdləri rədd edilməlidir”

Hazırda oxunan: XİN başçısından BMT-yə ÇAĞIRIŞ: “Təhlükəsizlik Şurasından sui-istifadə cəhdləri rədd edilməlidir”

156418

“Erməni əsilli sakinlərlə Azərbaycanın mərkəzi hökumət rəsmiləri arasında birbaşa dialoqla müşayiət olunan tərksilah və demilitarizasiyanın praktiki icrasına başlandığı bir vaxtda beynəlxalq ictimaiyyət tərəfindən hazırkı vəziyyətin nəzərdən keçirilməsi aktuallıq və faydalılıq baxımından mövcud reallıqlara uyğun olmalıdır. Birtərəfli və qərəzli, əsas etibarı ilə Təhlükəsizlik Şurasında bugünkü müzakirələrin çağırılmasının kökündə duran məhdud siyasi mülahizələr və ya lobbi əlaqələrindən irəli gələn yanaşma tamamilə qeyri-məhsuldar və faydasızdır”. 

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT Təhlükəsizlik Şurasının iclasında çıxışında deyib. 
 

MÖVZU İLƏ BAĞLI:

Nazir: “Ermənistan BMT Nizamnaməsinin dövlətlərin suverenliyinə hörmət tələblərini pozur”


Belə bir fəaliyyətə arxalanmağın artıq bir neçə dəfə uğursuzluqla nəticələndiyini xatırladan nazir qeyd edib:

“Bu, yalnız diqqəti real normallaşma prosesindən yayındıra bilər ki, bu da Azərbaycan və Ermənistanın deyil, mövcud fikir ayrılıqlarını öz siyasi məqsədləri üçün sui-istifadə etməkdə davam edən müəyyən kənar qüvvələrin marağındadır. 

Beləliklə, 30 il davam etmiş qanlı münaqişədən sonra Ermənistanla Azərbaycan arasında yaxşı qonşuluq münasibətləri qurmaq üçün tarixi imkanın yarandığı hazırki həlledici məqamda bütün beynəlxalq ictimaiyyət, o cümlədən Təhlükəsizlik Şurası tərəfindən Ermənistanın destruktiv hərəkətləri ilə bağlı risklər və təhdidlərin adekvat şəkildə dərk edilməsi və Ermənistanın beynəlxalq hüquqa zidd əməllərini ört-basdır etmək üçün Təhlükəsizlik Şurasından sui-istifadə etmək cəhdlərinin qəti şəkildə rədd edilməsi olduqca vacibdir”. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin