“Bizim strateji tərəfdaşımız olan Azərbaycanla münasibətlərimizi korlamağa çalışdılar”.
Bizim.Media xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Leonid Slutski Rusiyanın birinci kanalında deyib.
“Rossiya 1” telekanalında yayımlanan “Vladimir Solovyovla axşam” proqramında qonaq olarkən Slutski qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın ən etibarlı və ən çox güvəndiyi tərəfdaşlarından biridir:
“Azərbaycan heç yerdə və heç bir zaman bizi pis vəziyyətdə qoymur. İlham Əliyev Rusiyanın postsovet məkanında ən etibarlı tərəfdaşlarından biridir”.
Bizim.Media