Tacikistan Prezidenti Azərbaycana gələcək

Hazırda oxunan: Tacikistan Prezidenti Azərbaycana gələcək

156249

Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon Azərbaycana işgüzar səfər edəcək.

Bizim.Media xəbər verir ki, bu fikirləri report.az-a açıqlamasında BMT Baş Assambleyasının 78-ci sessiyasında iştirak etmək üçün Nyu-Yorkda səfərdə olan Tacikistanın xarici işlər naziri Sirociddin Muhriddin səsləndirib.

Nazir Azərbaycanla əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayıb: “Bu yaxınlarda Azərbaycan Prezidenti cənab İlham Əliyev ölkəmizə işgüzar səfərə gəldi. Səfər ərəfəsində iki ölkənin liderləri bir sıra çox mühüm ikitərəfli əməkdaşlıq sənədlərini imzaladılar. Eləcə də, bir neçə gün bundan əvvəl Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşünü təşkil etdik. Cənab İlham Əliyev ölkə başçımız Emoməli Rəhmonun dəvəti ilə həmin görüşə fəxri qonaq qismində dəvət edildi. Biz onun görüşdə iştirakından böyük məmnunluq duyduq”.

“Bu yaxınlarda Azərbaycanda, Bakıda Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqram (SPECA) üzrə sammit keçiriləcək. Tacikistan sammitdə dövlət başçısı ilə yüksək səviyyədə iştiraka hazırlaşır", - nazir vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin