Prezident: “Qarabağdakı erməni əhalisi bizim vətəndaşlarımızdır” - VİDEO

Hazırda oxunan: Prezident: “Qarabağdakı erməni əhalisi bizim vətəndaşlarımızdır” - VİDEO

156209

“Mən bunu demişəm, bir daha demək istəyirəm, Qarabağdakı erməni əhalisi bizim vətəndaşlarımızdır”. 

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 20-də xalqa müraciətində bildirib. 
 

MÖVZU İLƏ BAĞLI:

Prezident İlham Əliyev xalqa müraciət edir - CANLI 


Dövlətimizin başçısı qeyd edib ki, erməni millətçiləri, müharibə cinayətkarları, Ermənistanın və Qarabağın dırnaqarası “rəhbərləri” o insanları (Qarabağın erməni əhalisini – red.) girov götürmüşdü, onların beyinlərini zəhərləmişdi.

Azərbaycan haqqında, Azərbaycan xalqı haqqında olmazın yalanlarını uydurub onların beyinlərinə doldurmuşdur, onların beyinlərini zəhərləmişdir. 

“Mən əminəm ki, Qarabağda yaşayan erməni əhalisi tezliklə yaxşılığa doğru dönüşü görəcək. Çünki bizim niyyətimiz sülh, qarşılıqlı anlaşma, qarşılıqlı hörmət əsasında birgə həyat qurmaqdır. Bizim erməni xalqı ilə heç bir problemimiz yoxdur, ədavətimiz də yoxdur”, - deyə Prezident İlham Əliyev diqqətə çatdırıb. 
 


Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin