"Qarabağda 10 min qanunsuz silahlının olması qəbuledilməz idi" - Prezidentin köməkçisi

Hazırda oxunan: "Qarabağda 10 min qanunsuz silahlının olması qəbuledilməz idi" - Prezidentin köməkçisi

156178

Azərbaycan-Ermənistan arasında münasibətlərin normallaşmasının lehinə idik.

Bizim.Media xəbər verir ki, bu barədə Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev xarici işlər nazirliyində keçirilən brifinqdə deyib.

“Amma Qarabağ bölgəsində 10 minə yaxın qanunsuz erməni birləşmələrinin olması qəbuledilməz idi”,- deyə H.Hacıyev bildirib.

Qeyd edək ki, üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirləri keçirilib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin