“Erməni diversiya qrupuna qarşı Azərbaycanın həyata keçirdiyi antiterror tədbirləri çox uğurlu oldu. Azərbaycan silahlı qüvvələri separatçıların hərbi bazalarına və hərbi birləşmələrinə yüksək dəqiqliklə zərbələr endirdi. Nəticədə, qanunsuz hərbi birləşmələrin çoxlu sayda zirehli vasitələri, radiolokasiya stansiyaları, radioelektron müdafiə kompleksləri və artileriya qurğuları sıradan çıxardıldı.
Birinci mərhələdən sonra antiterror tədbirlərinin ikinci mərhələsi yerüstü hərbi əməliyyatlar başladı. Azərbaycanın həyata keçirdiyi tədbirlər Beynəlxalq hüquqa və Azərbaycan Konstitusiyasına tam əsaslanır.
Təqdir ediməli haldır ki, Azərbaycanın hazırladığı tədbirlər planı yüksək dəqiqlə işlənilib, həyata keçirilib. Məhz buna görə də ərazidəki mülki şəxslər heç bir ziyan görməyib”.
Bunu Azərbaycanın Qarabağda keçirdiyi antiterror tədbirlərini Bizim.Media-ya şərh edən Rusiya Xəzər Strateji Araşdırmalar İnstitutunun baş direktoru İqor Korotçenko deyib.
MÖVZU İLƏ BAĞLI:
SON DƏQİQƏ: Qarabağda antiterror tədbirləri dayandırıldı
O bildirib ki, ABŞ, Fransa və digər ölkələr Cənubi Qafqazda münaqişə ocağının qalmasında maraqlıdır:
“Ona görə də həmin ölkələr Qarabağdakı separatçı rejimi açıq şəkildə dəstəkləyirlər. Qərb istəmir ki, bölgədə davamlı sülh olsun. Çünki, davamlı sülh bölgədəki beynəlxlaq nəqliyyat dəhlizlərinin canlanmasına imkan verə bilər. Bu isə Qərbə lazım deyil. Ona görə ki, Cənubi Qafqazdakı nəqliyyat dəhlizlərindən biri də Şimal-Cənub dəhlizidir.
Bu dəhlizin tam gücü ilə işləməsi Rusiyanı Beynəlxalq sanksiyalardan sığortalaya bilər. Ona görə də Qərb birmənalı şəkildə çalışır ki, Rusiya münqaişələrlə və müharibələrlə əhatə olunsun.
Bundan əlavə, bəzi dövlətlər Azərbaycanın ərazi bütövlüyünün və suveren hüquqların təmin olunmasında maraqlı deyil. Bu Qərbin klassik “parçala, hökm sür” siyasətinin sübutudur. Bir sözlə Qərb digər ölkələrin müstəqil siyasət yürütməsini və davamlı inkişafını istəmir”.
Surxay Atakişiyev, Bizim.Media