Ukraynalı jurnalist: Azərbaycanın antiterror tədbirləri labüd idi

Hazırda oxunan: Ukraynalı jurnalist: Azərbaycanın antiterror tədbirləri labüd idi

156141

Azərbaycanın anti-terror tədbiri keçirməsi labüd və zaman məsələsi idi. Çünki mütəmadi olaraq baş verən təxribatlar azərbaycanlı hərbçilərin və işğaldan azad edilmiş ərazilərin bərpası ilə məşğul olan mülki şəxslərin həlak olmasına səbəb olurdu.

Bizim.Media xəbər verir ki, bu barədə AZƏRTAC-a ukraynalı jurnalist, siyasi ekspert Marına Qonçaruk bildirib.

M.Qonçaruk vurğulayıb ki, qanunsuz erməni hərbi birləşmələri regionda sülhün və sabitliyin bərqərar olmasında əsas maneələrdən biridir. O bildirib:

“Qeyd etmək lazımdır ki, Azərbaycan 44 günlük müharibədən sonra sülh sazişinin imzalanması istiqamətində böyük səylər göstərib və daha sonra regionda vəziyyətin sabitləşməsi, erməniəsilli sakinlərin reinteqrasiyası üzrə tədbirlər həyata keçirməyə başlayıb.

Amma həmin hərbi birləşmələr həm Qarabağ bölgəsindəki erməni əhalini, həm də bütün Azərbaycanı təhdid edir və vəziyyətin normallaşmasına imkan vermir. Azərbaycanın suveren ərazisində təkcə azərbaycanlı hərbçilər ola bilər”.

Ekspertin sözlərinə görə, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması təkcə Azərbaycan dövləti üçün deyil, həm də ərazilərin işğalı, evlərinə qayıda bilməyən qaçqınların problemləri ilə üzləşən digər ölkələr üçün mühüm hadisə olub.
O əlavə edib ki, uğurlu anti-terror tədbirləri və azad olunmuş ərazilərdə reinteqrasiya prosesi separatçılıq və suverenitetə təcavüzlə mübarizədə əhəmiyyətlidir.

M.Qonçaruk vurğulayıb:

“Azərbaycan postsovet məkanında öz ərazi bütövlüyün bərpa edən ilk dövlətdir və Ukraynada dost Azərbaycan xalqının uğurlarına sevinəcəklər. Qeyd etmək istərdim ki, Ukrayna öz dövlət müstəqilliyinin bərpa edildiyi 1991-ci ildən başlayaraq, həmişə Azərbaycanın yanında olub və Qarabağla bağlı öz mövqeyini dəyişmədən dost Azərbaycan xalqını dəstəkləyib.

Şübhəsiz ki, qanunsuz qondarma rejimlərin öz bədnam maraqlarını təmin etmək naminə insanların dinc və sakit həyatını əlindən alması bir faciədir, amma ümidvaram ki, bizim böyük itkilər hesabına qurduğumuz yeni dünya nizamında separatçılığa və ölkələrin suverenliyinin pozulmasına yer olmayacaq”.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin