Brenda Şaffer: "Ukrayna və Gürcüstana olar, Azərbaycana yox?”

Hazırda oxunan: Brenda Şaffer: "Ukrayna və Gürcüstana olar, Azərbaycana yox?”

156122

“Ukrayna və Gürcüstana öz ərazilərini terrorçulardan təmizləməyə icazə verilir, lakin Azərbaycana olmaz?” 

Bizim.Media xəbər verir ki, bunu ABŞ Hərbi-Dəniz Donanması Ali Məktəbinin müəllimi, xarici siyasət üzrə ekspert Brenda Şaffer "X" sosial şəbəkəsindəki səhifəsində postsovet məkanında müxtəlif geosiyasi münaqişələrlə bağlı ölkə mediası və beyin mərkəzlərinin qeyri-ardıcıl mövqeyini şərh edərək yazıb. 

“Ukrayna öz ərazisində Rusiya qoşunlarına qarşı mübarizə aparanda KİV-in reaksiyası belə olur: “Yaşasın Ukrayna!”. Gürcüstanda oxşar münaqişədə isə “İrəli, Gürcüstan” yazırlar.

Ancaq Azərbaycan 10 min erməni qoşununu öz ərazisindən çıxarılmasını təmin etmək istəyəndə bu addım bəyənilmir, reaksiya belə olur: “Azərbaycanı dayandırmaq lazımdır” – o qeyd edib. 


Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin