“Azərbaycan və Ermənistan arasındakı normallaşma prosesi uğrundakı görüşləri və səyləri dəstələyirdik”.
Bizim.Media xəbər verir ki, bu fikri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasındakı çıxışı zamanı deyib.
MÖVZU İLƏ BAĞLI:
Ermənilərə məxsus hərbi təyinatlı radiotexniki qovşaq zərərsizləşdirilib - ANBAAN VİDEO
"Ermənistanın başda Zəngəzur dəhlizinin açılması olmaqla verdiyi sözləri yerinə yetirməsini gözləyirik. Artıq hamının qəbul etdiyi kimi, Qarabağ Azərbaycan torpağıdır. Bundan başqa bir statusun zorla qəbul etdirilməsi əsla qəbul olunmayacaq.
“Bir millət, iki dövlət” şüarı ilə hərəkət etdiyimiz Azərbaycanın ərazi bütövlüyünü qoruması üçün atdığı addımları dəstəkləyirik”, - deyə Ərdoğan qeyd edib.
Bizim.Media