Hikmət Hacıyev beynəlxalq ictimaiyyəti Xocavənddəki terror aktını pisləməyə çağırdı - FOTO

Hazırda oxunan: Hikmət Hacıyev beynəlxalq ictimaiyyəti Xocavənddəki terror aktını pisləməyə çağırdı - FOTO

155893

Prezidentin köməkçisi Hikmət Hacıyev beynəlxalq ictimaiyyəti Xocavənddəki terror aktını pisləməyə çağırıb.

Bizim.Media xəbər verir ki, bu barədə o, X səhifəsində yazıb.

“Ermənistanın Azərbaycana qarşı mina terroru davam edir. Bu gün Ermənistan silahlı qüvvələrinin Füzuli-Şuşa avtomobil yolunda qəsdən yerləşdirdiyi güclü partlayıcıya malik minanın partlaması nəticəsində Azərbaycan Yol Tikinti İdarəsinin iki mülki əməkdaşı həlak olub. 

10 noyabr 2020-ci il tarixindən indiyədək mina qurbanlarının ümumi sayı 308-ə çatıb.

Ermənistan tərəfi bu cür hərəkətləri ilə qorxu salmağa, azərbaycanlı mülki vətəndaşları qətlə yetirməyə, keçmiş məcburi köçkünlərin geri qayıtmasının qarşısını almağa çalışır. Bu, beynəlxalq ictimaiyyət tərəfindən pislənməlidir!”, - deyə Hikmət Hacıyev qeyd edib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin