Zaxarova: “Yüklərin Ağdam-Xankəndi yolu ilə eyni vaxtda keçməsini alqışlayırıq”

Hazırda oxunan: Zaxarova: “Yüklərin Ağdam-Xankəndi yolu ilə eyni vaxtda keçməsini alqışlayırıq”

155810

“Qarabağda humanitar vəziyyətin yaxşılaşması Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına dair 2020-2022-ci illərdə liderlər tərəfindən yüksək səviyyədə əldə olunmuş üçtərəfli razılaşmaların bütün kompleksinin həyata keçirilməsi üzrə işlərin yenidən başlanmasına şərait yaradacaq”. 

Bizim.Media  xəbər verir ki, bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinq zamanı bildirib. 

Zaxarova qeyd edib ki, Rusiya Xarici İşlər Nazirliyi (XİN) yüklərin Ağdam-Xankəndi və Laçın-Xankəndi yolları ilə eyni vaxtda keçməsini alqışlayır: 

“Sentyabrın 18-də Rusiya sülhməramlı kontingentinin və RF XİN-in iştirakı ilə və Beynəlxalq Qırmızı Xaç Komitəsinin səyləri sayəsində Laçın və Ağdam marşrutları üzrə regiona ərzaq və dərman preparatları çatdırılıb:

“Dinc əhalinin maraqlarına uyğun olaraq, humanitar yüklərin maneəsiz və müntəzəm tədarükünün davam etməsini gözləyirik”.  

Bizim.Media
 

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin