\"Keçid reallaşsa, ermənilərə növbəti yardıma hazırlıq görüləcək\" - Ceyhun Mirzəyev

Hazırda oxunan: \"Keçid reallaşsa, ermənilərə növbəti yardıma hazırlıq görüləcək\" - Ceyhun Mirzəyev

155650

"Keçid reallaşsa, Qarabağda yaşayan ermənilərin ərzaq və ya qeyri - ərzaq məhsullarına olan təminatı müəyyən etmık üçün, sorğu götürərək növbəti yardım üçün hazırlıq görüləcək".

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) baş katibi Ceyhun Mirzəyev gətirilən humanitar yardımın keçidi üçün hələ də müsbət nəticənin olmadığnı bildirib.

"Artıq 20 gündür ki, müvafiq işçi heyətimizlə bərabər ərazidəyik. Bütün müvafiq danışıqlar aparılıb, hələ ki cavab yoxdur. Ərzaq yüklü avtomobillər də burdadır".

C.Mirzəyev onu da bildirib ki, əsas məqsəd Xankəndidə yaşayan erməniəsilli sakinlər, 40 ton unu çatdırmaqdır.

"Hazırda gözləyirik, bu və ya digər şəkildə keçid üçün tam hazırıq. Məqsədimiz odur ki, Xankəndidə yaşayan erməniəsilli sakinlərə, 40 ton unu çatdıraq. Çatdırılana qədərdə burda gözləyəciyik", - AzQAC-ın baş katibi vurğulayıb.

"Əgər keçid baş tutarsa biz orda insanlar arasında bir sorğu qiymətlındirmə aparmalıyıq ki, ehtiyacları müəyyən edək. Ehtiyacları müəyyən etdikdən sonra növbəti mərhələdə ərzaq, qeyri-ərzaq və digər tələbatla bağlı planlama aparıb yardım etməyə hazırlaşacıyıq", - C.Mirzəyev Qızıl Aypara Cəmiyyətinin buna tam hazır olduğunu da ifadə edib.

Qeyd edək ki, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin nümayəndələri gətirdikləri yükün keyfiyyət və mənşə sertifikatını Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarına təqdim ediblər.

AzQAC-ın göndərdiyi 40 ton unla dolu yük avtomobilləri, artıq 20 gündür, Ağdam-Xankəndi yolunda gözləyir.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin